Bu səhifənin tərcümələri
Proqram təminatları üzrə patentlər bir növ minalara bənzəyir: verəcəyiniz hər bir qərar minanın üzərinə ayaq basmaq riski daşıdığına görə layihəniz hər an məhv ola bilər.
Geniş və mürəkkəb proqram hazırlamaq yüzlərlə, hətta bəzən minlərlə ideyanın bir məqsəd ətrafında cəmləşməsinə səbəb olur. Proqram təminatları üzrə patentlərin tətbiq olunduğu bir ölkədə proqramınızın ideyasının mühüm bir hissəsinin müxtəlif şirkətlər tərəfindən artıq patentləşdirilmiş olma ehtimalı olduqca böyükdür. Ola bilsin ki, proqramınızın müəyyən hisslərinə yüzlərlə patent şamil ediləcək. 2004-cü ildə aparılmış araşdırmalara əsasən bir mühüm proqramın ayrı-ayrı hissələrinə təxminən 300 ABŞ patentinin tətbiq olunurdu. Bu hələ yalnız bir araşdırmanın nəticəsidir.
Məsələyə praktik tərəfdən yanaşaq. Əgər siz proqram təminatı ilə məşğul olmağı planlaşdırırsınızsa, onda siz əvvəlcə bir patentlə üzə-üzə gələcəksiniz. Bu baş verəndə isə əlinizdə hüquqi sübutunuz olarsa belə patentə qalib gələ bilərsiniz. Hər halda buna cəhd etməyə dəyər; qalib gəlsəniz demək minalanmış sahədə bir minanı zərərsizləşdirdiniz. Əgər bu patent xüsusi bir şəkildə cəmiyyəti narahat edəcəksə, bu məsələ ilə İctimai Patent Cəmiyyəti (pubpat.org) məşğul ola bilər; bu onların vəzifəsidir. Məsələ ilə bağlı əvvəlki məhkəmə çəkişmələrinin təcrübəsindən yararlanmaq üçün kompyuter istifadəçiləri cəmiyyətinə müraciət etsəniz, biz hamımız əlimizdə olan bütün informasiya ilə sizə kömək etməliyik.
Bununla belə, milçəkləri məhv etməklə malyariya xəstəliyinin qarşısını almaq mümkün olmadığı kimi patentləri bir-bir aradan qaldırmaq da patent təhlükəsini tamamilə sovuşdurmayacaq. Kompyuter oyunlarında bütün düşmənləri öldürə bilmədiyiniz kimi bütün patentlərə də qalib gələ bilməzsiniz. Geci-tezi bunlardan biri sizi məğlub edib proqramınıza zərər vuracaq. ABŞ patent idarəsi hər il minlərlə proqram təminatı patenti buraxır; bizim ən gərgin səylərimizə baxmayaraq bu minaları təmizləmək mümkün deyil. Çünki bir tərəfdən zərəsizləşdirsən də, digər tərəfdən yenilərini torpağa basdırırlar.
Bu minalardan bəzilərini zərərsizləşdirmək mümkün deyil. İstənilən proqram təminatının patenti zərərlidir və bu patent qeyri-qanuni şəkildə sizin kompyuterdən istifadə imkanlarınızı məhdudlaşdırır. Amma heç də bütün proqram təminatı patentləri patent sisteminin kriteriyalarına əsasən qanuni cəhətdən yanlış deyil. Bizim mübarizə obyektimiz patent sistemlərinin qaydalarına düzgün riayət olunmaması səbəbindən meydana çıxmış təhrif olunmuş patentlərdir. Yeganə səhv proqram təminatına verilən patentdirsə, onda artıq biz bu məsələnin həllində acizik.
Qalanın müəyyən hissəsini təhlükəsiz saxlamaq üçün üzə çıxmış əcayib varlıqları öldürməkdənsə onları üzə çıxardan mənbəni məhv etməlisiniz. Mövcud patentləri bir-bir aradan götürmək proqramlaşdırmanı heç də təhlükəsiz etməyəcək. Buna nail olmaq üçün isə biz patent sistemini elə şəkildə dəyişdirməliyik ki, patentlər bir daha proqamçılar və istifadəçilərə hədə-qorxu gələ bilməsin.
Bu iki istiqamət arasında heç bir ziddiyyət yoxdur: biz eyni zamanda həm qısa-müddətli təmizləmə, həm də uzun-müddətli düzəliş istiqamətində çalışa bilərik. İşimizi ikiqat artıraraq fərdi proqram təminatı patentlərini aradan qaldırmaq üçün cəhd edə bilərik. Bu yolla bütün problemin həlli istiqamətində atılmış addımlara dəstək ifadə etmiş olarıq. Məsələnin əsas mahiyyəti "pis" proqram təminatı patentini təhrif edilmiş və ya qeyri-qanuni patentlə eyniləşdirmək deyil. Hər dəfə biz bir patenti ləğv ediriksə, hər dəfə biz cəhd planlarımız haqqında danışırıqsa, qeyd-şərtsiz deməliyik ki, "Ləğv edilmiş bir proqram təminatı patentı proqramçılara qarşı bir hədənin aradan qaldırılmasıdır: belə olduqda isə hədəf sıfıra bərabərdir."
Avropa İttifaqında proqram təminatı patentinə qarşı mübarizə kulminasiya nöqtəsinə çatmaqdadır. Avropa Parlamenti bir il bundan əvvəl proqram təminatı patentlərinin ləğvinin lehinə səs verdi. May ayında Nazirlər Şurası Parlamentin etdiyi əlavələri rədd etdi və əvvəlkindən daha da pis göstəriş verdi. Bununla belə heç olmasa bir ölkə bu yeni göstərişə qarşı çıxdı. Buna görə biz digər Avropa ölkələrinin, o cümlədən Avropa Parlamentinə yeni seçilmiş üzvlərin də bunu dəstəkləmələri üçün əlimizdən gələni etməliyik. Layihənin fəallarına kömək və onlarla əlaqə saxlamaq üçün www.ffii.org saytına daxil olun.
Bu səhifənin tərcümələri:
[
Azərbaycanca
| Català
| English
| Español
| Français
| Italiano
| Polski
| Português
]
APTF və GNU ilə bağlı suallarınızı
gnu@gnu.org elektron poçt ünvanına göndərin.
Bundan əlavə APTF ilə digər vasitələrlə də əlaqə saxlamaq olar.
Işləməyən linklər və digər düzəlişləriniz (və ya təklifləriniz) üçün elektron poçt ünvanı:
webmasters@gnu.org.
Bu məqalənin idarə olunması və tərcüməsi ilə əlaqədar məlumat almaq üçün Tərcümələr üzrə oxuməni faylına müraciət edin.
Copyright (C) 2004 Richard Stallman
Verbatim copying and distribution of this entire article is
permitted in any medium without royalty provided this notice is
preserved.
Yenilənib: $Date: 2006/10/25 14:35:20 $ $Author: puigpe $